
OPPO qlobal bazarda OPPO Pad Neo planşetini təqdim edib - QİYMƏTİ
Cihazlar+
11.01.2024
Emil
OPPO şirkəti qlobal bazarda OPPO Pad Neo planşetini təqdim edib. Bu, noyabr ayının sonuna yaxın təqdim edilmiş OPPO Pad Air 2 planşetinin qlobal versiyasıdır. Planşetin qlobal versiyası Çində satılan versiyadan demək olar heç fərqlənmir. Bir fərqlilik ondan ibarətdir ki, Çində satılan versiyanın 256 GB daxili yaddaşa sahib modeli mövcuddur. Qlobal bazarda isə planşet yalnız 128 GB daxili yaddaş ilə təchiz olunub. Digər bütün özəlliklər baxımından həm qlobal versiya həm də Çində satılan versiya eynidir. OPPO Pad Neo artıq Malayziya bazarında satışa çıxıb. Yaxın zamanda planşetin digər regionlarda da satılacağı gözlənilir. OPPO Pad Neo-nun Malayziyada qiyməti 260$-dan başlayır.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
