
OPPO Reno 11 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
15.11.2023
Emil
OPPO şirkəti yeni smartfon seriyasının təqdimatını anons edib. Söhbət, OPPO Reno 11 smartfon seriyasından gedir. OPPO tərəfindən Çinin Weibo adlı sosial şəbəkəsində paylaşılmış posterlərə əsasən sözügedən smartfon seriyası 23 noyabr tarixində təqdim ediləcək. Yəni Nubia Red Magic 9 Pro smartfonu və Honor 100 smartfon seriyası ilə eyni gündə. OPPO Reno 11 seriyasına minimum iki model daxil olacaq. OPPO Reno 11 və OPPO Reno 11 Pro. Adi OPPO Reno 11 modelinin MediaTek Dimensity 8200 prosessoru, OPPO Reno 11 Pro modelinin isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
