Logo
    main-post-cover

    OPPO Reno 11F 5G smartfonunun yeni fotosu və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    25.01.2024
    Emil
         Artıq məlumdur ki, OPPO şirkəti keçən ilin sonunda təqdim edilmiş OPPO Reno 11 smartfon seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, OPPO Reno 11F 5G smartfonundan gedir. İndi isə insayderlər sözügedən smartfonun yeni fotosunu və texniki imkanlarını təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən OPPO Reno 11F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışacaq və özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirəcək. Batareya həcminə gəldikdə isə smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə etməlidir. OPPO Reno 11F 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş