
OPPO Reno 11F 5G smartfonunun yeni promo fotoları təqdim edilib
Cihazlar+
23.01.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OPPO şirkəti OPPO Reno 11 smartfon seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, OPPO Reno 11F 5G-dən gedir. İndi isə insayderlər sözügedən smartfonun promo fotolarını təqdim ediblər. Fotolardan da görmək olar ki, OPPO Reno 11F 5G smartfonu yastı ekranı əldə edəcək və onun arxa panelində 3 ədəd kamera obyektivi yerləşəcək. OPPO Reno 11F 5G-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli AMOLED ekranla təchiz olunacağı və MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Üstəlik smartfon özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
