main-post-cover

    OPPO Reno 12 və Reno 12 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib

    Cihazlar+
    13.06.2024
    Emil Nəcəfov
         OPPO şirkəti keçən ayın sonuna yaxın Çin bazarında OPPO Reno 12 smartfon seriyasını təqdim etdi. Bu seriyaya adi OPPO Reno 12 ilə yanaşı Reno 12 Pro da daxil oldu. İndi isə şirkət bu smartfonların qlobal bazardakı təqdimatlarını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən OPPO Reno 12 və Reno 12 Pro smartfonları qlobal bazarda 18 iyun tarixində təqdim olunacaqlar. Sözügedən smartfonların qlobal versiyaları Çində satılan versiyalardan texniki göstəricilər mövzusunda fərqlənəcəklər.
         Məsələn OPPO Reno 12 Pro modelinin Çində satılan versiyasının MediaTek Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışdığı halda qlobal versiya Dimensity 7300 prosessoru vasitəsilə çalışmalıdır. Bununla yanaşı qlobal versiyanın 50 MP-lik əsas arxa kamerasının tərkibində fərqli kamera sensorundan istifadə ediləcək. Söhbət, Sony IMX882-dən gedir. Çində satılan OPPO Reno 12 Pro-nun 50 MP-lik əsas arxa kamerasında isə Sony IMX890 kamera sensorundan istifadə edilir. Adi OPPO Reno 12-nin qlobal versiyasında hansı dəyişikliklərin olacaqları məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Reno 12 Pro qlobal bazarda təqdimata hazırlaşır
    oppo-reno-12-pro-qlobal-bazarda-teqdimata-hazirlasir
    Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
    apple-dan-sonra-oppo-da-oz-telefonlarina-suni-intellekt-elave-edecek
    Hələ təqdim edilməmiş OPPO Find X8 Ultra-nın kameraları barəsində məlumatlar verilib
    hele-teqdim-edilmemis-oppo-find-x8-ultra-nin-kameralari-baresinde-melumatlar-verilib
    Büdcəli OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-pad-air-2-planseti-teqdim-edilib-qiymeti
    OPPO Reno 12 və Reno 12 Pro təqdim edilib - QİYMƏTİ
    oppo-reno-12-ve-reno-12-pro-teqdim-edilib-qiymeti