OPPO Reno 12F 4G smartfonu təqdim edilib
Cihazlar+
18.07.2024
Emil Nəcəfov
OPPO şirkəti bir neçə müddət bundan öncə OPPO Reno 12F 5G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. 4G versiya 5G versiyadan yalnız prosessor ilə fərqlənir. Belə ki, OPPO Reno 12F 5G-nin MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışdığı halda OPPO Reno 12F 4G modeli Snapdragon 685 prosessoru vasitəsilə çalışır. Yerdə qalan bütün texniki özəlliklər eynidir. Yəni OPPO Reno 12F 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir.
Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü AGC DT-Star 2 adlı qoruyucu örtüyə sahibdir. Smartfonun gövdəsi də üstəlik IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. OPPO Reno 12F 4G 8/12 GB RAM-ı, 256/512 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. OPPO Reno 12F 4G şirkət saytının qlobal versiyasında ortaya çıxsa da, onun qiyməti və satış tarixi qeyd edilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
OPPO Find X8 flaqman smartfonu barəsində təfərrüatlar təqdi edilib
Heç sirr deyil ki, OPPO şirkəti hal-hazırda OPPO Find X8 flaqman smartfon seriyası üzərində çalışır.
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
Bir neçə müddət bundan öncə OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonunu təqdim etmişdi.
OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
OnePlus şirkəti bir neçə gün bundan öncə Çində OnePlus Ace 3 Pro smartfonunu təqdim etdi. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, 6100 mAh enerji tutumlu batareyanı əldə edib.
Orta büdcəli OPPO A3 smartfonu təqdim edilib - QİYMƏTİ
Orta büdcəli OPPO A3 smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A3-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir.
OPPO Reno 12F 5G smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO Reno 12F 5G smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti özünün Reno 12 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, OPPO Reno 12F 5G-dən gedir.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!