main-post-cover

    OPPO Reno 12F 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.06.2024
    Emil Nəcəfov
         OPPO şirkəti özünün Reno 12 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, OPPO Reno 12F 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO Reno 12F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü AGC DT-Star 2 adlı qoruyucu örtüyə sahibdir.
         Smartfonun gövdəsi də üstəlik IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO Reno 12F 5G 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. OPPO Reno 12F 5G qutudan Android 14 vasitəsilə çalışır. O artıq satışa çıxıb və onun qiyməti 325$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli OPPO Reno 11A smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-reno-11a-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli OPPO F27 Pro+ smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-f27-pro-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Reno 12 və Reno 12 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
    oppo-reno-12-ve-reno-12-pro-smartfonlarinin-qlobal-bazarda-teqdimatlari-anons-edilib
    OPPO Reno 12 Pro qlobal bazarda təqdimata hazırlaşır
    oppo-reno-12-pro-qlobal-bazarda-teqdimata-hazirlasir
    Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
    apple-dan-sonra-oppo-da-oz-telefonlarina-suni-intellekt-elave-edecek