Logo
    main-post-cover

    OPPO Reno 13 və Reno 13 Pro smartfonlarında istifadə ediləcək ekran və prosessor barəsində rəsmi məlumat verilib

    Cihazlar+
    23.11.2024
    Emil
         OPPO şirkəti 25 noyabr tarixində Çində OPPO Reno 13 smartfonlarını təqdim edəcək. Qeyd etmək lazımdır ki, bu yeni smartfon seriyasına iki model daxil olacaq. OPPO Reno 13 və Reno 13 Pro. Təqdimata az müddət qalmış OPPO təqdim olunacaq bu yeni smartfonlar barəsində bəzi rəsmi məlumatları təqdim edib. Beləliklə OPPO tərəfindən təqdim edilmiş məlumata əsasən OPPO Reno 13 smartfonları MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaqlar.
         Şirkətin sözlərinə görə Reno 12 smartfonları ilə müqayisədə bu prosessor Reno 13 smartfonlarında 1.5 dəfə daha yüksək performansı təmin edir. Şirkət həmçinin təsdiqləyib ki, yeni smartfonlar 1.5K keyfiyyətli ekrana sahib olacaqlar. Gözləntilərə əsasən adi Reno 13 modeli 5600 mAh enerji tutumlu batareya ilə, Reno 13 Pro modeli isə 5900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş