
OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ
Cihazlar+
15.05.2025
Emil
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub. OPPO Reno 14 və Reno 14 Pro. Sözügedən yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki imkanlar baxımından fərqliliklər var. İlk öncə OPPO Reno 14 modelinə nəzər yetirək. Beləliklə OPPO Reno 14 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.59 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Üstəlik ekran OPPO Crystal Shield Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP66/68/69 standartları üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir.

OPPO Reno 14 modeli MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/ 1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə OPPO Reno 14 Pro modelinə nəzər yetirək. Bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Üstəlik ekran OPPO Crystal Shield Glass adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfonun gövdəsi IP66/68/69 standartları üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir. OPPO Reno 14 modeli MediaTek Dimensity 8450 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/ 1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6200 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. OPPO Reno 14 smartfonları 23 may tarixində Çində satışa çıxacaqlar. OPPO Reno 14 modelinin qiyməti 388$-dan, OPPO Reno 14 Pro modelinin qiyməti isə 485$-dan start götürəcək. Smartfonların digər regionlarda satışa çıxıb-çıxmayacaqları bilinmir.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
