Logo
    main-post-cover

    OPPO şirkəti qatlana bilən OPPO Find N5 smartfonunu hazırlayır

    Cihazlar+
    23.05.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OPPO şirkəti öz yeni qatlana bilən smartfonu üzərində çalışır. İnsayder bildirib ki, OPPO-nun hazırladığı yeni qatlana bilən smartfon OPPO Find N5 adlanır. Məlumata əsasən sözügedən smartfon hələ hazırlanma mərhələsindədir və onu yaxın zamanda gözləmək lazım deyil. Əgər hər şey yolunda getsə, şirkət OPPO Find N5-i 2025-ci ilin birinci yarısında təqdim edə bilər.
         OPPO-nun bu yeni qatlana bilən smartfonunun texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, OPPO Find N5 smartfonu Qualcomm tərəfindən oktyabr ayında təqdim ediləcək Snapdragon 8 Gen 4 flaqman prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı gözləntilərə əsasən yeni qatlana bilən smartfon OPPO Find N3 kimi yüksək piksel göstəricisinə sahib daxili ekranı və 64 MP-lik teleobyektivi əldə edəcək.
    Paylaş