Logo
    main-post-cover

    OPPO şirkəti Reno 11F 5G smartfonu üzərində çalışır

    Cihazlar+
    17.01.2024
    Emil
         OPPO şirkəti keçən ilin sonuna yaxın OPPO Reno 11 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya OPPO Reno 11 və Reno 11 Pro modelləri daxildir. İndi isə məlum olub ki, şirkət OPPO Reno 11 smartfon seriyasının daha bir smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, OPPO Reno 11F 5G-dən gedir. Təqdimatı hazırlaşan bu yeni smartfonun render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotodan da görmək olar ki, OPPO Reno 11F 5G smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Yaşıl, çəhrayı və mavi.
         Məlumata əsasən OPPO Reno 11F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını, 64 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş