
OPPO Watch X smart saatı təqdimata hazırlaşır
Cihazlar+
23.02.2024
Emil
OPPO şirkəti qlobal bazarda öz yeni smart saatının təqdimatına hazırlaşır. Şirkətin yeni smart saatı OPPO Watch X adlanacaq. Ortaya çıxmış məlumata əsasən sözügedən smart saat 29 fevral tarixində təqdim olunacaq. OPPO Watch X-in WearOS əməliyyat sistemi vasitəsilə çalışacağı gözlənilir. Bəzi məlumatlara əsasən bu smart saat 26 fevral tarixində təqdim olunacaq OnePlus Watch 2-nin kopyası olacaq. Bu isə o deməkdir ki, OPPO Watch X çox güman ki, 1.43 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
