
Orta büdcəli Google Pixel 9a təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.03.2025
Emil
Google rəsmi şəkildə yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Google Pixel 9a-dan gedir. Bu yeni smartfon adi Pixel 9 modelinin dizaynını təkrarlasa da, Pixel 9a-nın kamera sahəsi daha kompakt ölçüyə sahibdir. Pixel 9 kimi Pixel 9a da yastı gövdə dizaynını əldə edib. Bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2424x1080 piksel keyfiyyətli 6.3 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Pixel 9a smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 48 MP + 13 MP ikili arxa kamera ilə 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Pixel 9a 23 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 7.5 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Pixel 9a gələn ay satışa çıxacaq və onun qiyməti 499$-dan start götürəcək.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
