main-post-cover

    Orta büdcəli Honor X40 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.09.2022
    Farid Pardashunas
        Bu il Honor şirkəti Honor X seriyasının 9 illiyini qeyd etdiyi üçün orta büdcəli Honor X40 smartfon modelini təqdim edib. Sözügedən yeni smartfon orta səviyyəli prosessor və böyük batareya həcmi ilə seçilir. Smartfonun arxa paneli dizayn baxımından Huawei Mate 40-ı xatırladır. Beləliklə Honor X40 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşib. Bununla yanaşı ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb.
        Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Honor X40 kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahib deyil və o özündə yalnız mono səsgücləndiricini birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 695 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X40 MagicUI 6.1 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon 23 sentyabr tarixində Çin bazarında satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 6 GB RAM + 128 GB yaddaş - 220$
    - 8 GB RAM + 128 GB yaddaş - 245$
    - 8 GB RAM + 256 GB yaddaş - 285$
    - 12 GB RAM + 256 GB yaddaş - 330$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər