
Orta büdcəli Lenovo Idea Tab planşeti təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti Idea Tab adlı yeni orta büdcəli planşetini təqdim edib. Beləliklə bu yeni planşet 2560x1600 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Lenovo Idea Tab özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 20 vatt gücündə sürətli şarj texnologiyalı 7040 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin gövdə qalınlığı 6.9 mm, çəkisi isə 480 qram təşkil edir. Lenovo Idea Tab 2 versiyada təqdim olunur. Wi-Fi və 5G dəstəkli. Planşet artıq Hindistanda satışa çıxıb. Wi-Fi dəstəkli versiyanın qiyməti 194$, 5G dəstəkli versiyanın qiyməti isə 228$ təşkil edir. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş