Logo
    main-post-cover

    Orta büdcəli Lenovo ThinkVision T24-40 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.05.2025
    Emil
         Lenovo şirkəti media fayllar ilə çalışmaq və ofis işləri üçün nəzərdə tutulmuş yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Lenovo ThinkVision T24-40 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor HDMI 1.4, DisplayPort 1.2, VGA, USB-B 3.2 Gen 1USB-A 3.2 Gen 1 girişlərini əldə edib. Lenovo ThinkVision T24-40 artıq Çində satışa çıxıb və onun qiyməti 151$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş