Orta büdcəli OnePlus Ace 6 smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti OnePlus 15 flaqman smartfonu ilə yanaşı orta büdcəli OnePlus Ace 6 smartfonunu da təqdim edib. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu olduqca böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Ace 6 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.83 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Smartfonun gövdəsi IP66/68/69/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Ace 6 özündə 50 MP + 8 MP ikili arxa kamera ilə 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 120 vatt gücündə sürətli şarj texnologiyalı 7800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Ace 6 yaxın günlərdə Çində satışa çıxacaq və qiyməti 364$-dan start götürəcək. Onun qlobal bazarda OnePlus 15R adı altında satışa çıxacağı gözlənilir
Paylaş