Logo
    main-post-cover

    Orta büdcəli OPPO A3i Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.02.2025
    Emil
         OPPO şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A3i Plus-dan gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO A3i Plus smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Ekran üstəlik Crystal Shield adlı qoruyucu şüşə ilə əhatə olunub. OPPO-nun sözlərinə əsasən A3i Plus-ın gövdəsi kənar təsirlərə olduqca dözümlüdür.
         Smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə cihaz özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. OPPO A3i Plus smartfonu 17 fevral tarixində Çində satışa çıxacaq. Onun qiyməti isə 180$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər
    bu-il-oneplus-dan-qatlana-bilen-smartfon-olmayacaq
    Cihazlar+

    Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq

    OnePlus yeni qatlana bilən smartfonların buraxılması ilə bağlı rəsmi açıqlama yayıb. Qısa sözlə desək, şirkət bu il nə OnePlus Open-in davamçısını, nə də başqa qatlana bilən modelləri təqdim etməyi planlaşdırmır.
    oppo-find-n5-in-govde-qalinligi-resmi-sekilde-aciqlanib
    Cihazlar+

    OPPO Find N5-in gövdə qalınlığı rəsmi şəkildə açıqlanıb

    OPPO yeni texnoloji təqdimat keçirib və təqdimata hazırlaşan qatalan bilən Find N5 smartfonu haqqında rəsmi detalları açıqlayıb. Bu cihaz bazardakı ən incə və texnoloji cəhətdən ən inkişaf etmiş qatlana bilən smartfonlardan biri olmağa namizəddir.
    qatlana-bilen-oppo-find-n5-in-teqdimati-resmi-sekilde-anons-edilib
    Cihazlar+

    Qatlana bilən OPPO Find N5-in təqdimatı rəsmi şəkildə anons edilib

    Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunun təqdimatını rəsmi şəkildə anons edib. Söhbət, OPPO Find N5-dən gedir.
    teqdimata-hazirlasan-oppo-find-x8-mini-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Cihazlar+

    Təqdimata hazırlaşan OPPO Find X8 Mini barəsində yeni təfərrüatlar təqdim edilib

    OPPO şirkəti yeni flaqman smartfonu Find X8 Mini-nin təqdimatına hazırlaşır. Bu cihazın mart ayında Find X8 Ultra modeli ilə birlikdə təqdim ediləcəyi gözlənilir.
    qatlana-bilen-oppo-find-n5-in-muxtelif-govde-renglerinde-fotolari-teqdim-edilib
    Cihazlar+

    Qatlana bilən OPPO Find N5-in müxtəlif gövdə rənglərində fotoları təqdim edilib

    OPPO bu ay ərzində qatlana bilən OPPO Find N5 flaqman smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində bu yeni smartfonun ilk keyfiyyətli render fotolarını bölüşüb.