Logo
    main-post-cover

    Orta büdcəli OPPO A5i Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.09.2025
    Emil
         OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A5i Pro 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A5i Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub.
         Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO A5i Pro 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A5i Pro 5G artıq satışa çıxıb və onun qiyməti 188$ təşkil edir.
    Paylaş