Logo
    main-post-cover

    Orta büdcəli OPPO A6 GT 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.09.2025
    Emil
         OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6 GT 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan daha böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A6 GT 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1280 piksel keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Kameralar mövzusunda OPPO A6 GT 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A6 GT 5G artıq Çində satışa çıxıb və onun qiyməti 238$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş