
Orta büdcəli OPPO A6 Max smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti OPPO A6 Max adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO A6 Max smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1280 piksel keyfiyyətli 6.8 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Ekran üstəlik OPPO Crystal Shield qoruyucu şüşəsi ilə əhatə olunub.

Bundan əlavə olaraq smartfonun gövdəsi IP66/68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO A6 Max özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO A6 Max artıq Çində satışa çıxıb və onun qiyməti 224$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş