main-post-cover

    Orta büdcəli OPPO A80 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.08.2024
    Emil Nəcəfov
         OPPO şirkəti Avropada özünün OPPO A seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, OPPO A80 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO A80 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. OPPO A80 5G MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OPPO A80 5G 45 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14-ü əldə edib. OPPO A80 5G artıq satışa çıxıb. Məsələn onun Niderlandda qiyməti 299 avro təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8 smartfonlarının hansı prosessorlarla çalışacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-hansi-prosessorlarla-calisacaqlari-aciqlanib
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Büdcəli OPPO A3x smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-a3x-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Find X8 Ultra flaqman smartfonu barəsində ilk rəsmi məlumatlar verilib
    oppo-find-x8-ultra-flaqman-smartfonu-baresinde-ilk-resmi-melumatlar-verilib
    OPPO Find X8 smartfonları yeni nəsil batareyanı əldə edəcəklər
    oppo-find-x8-smartfonlari-yeni-nesil-batareyani-elde-edecekler