main-post-cover

    Orta büdcəli OPPO F27 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.08.2024
    Emil Nəcəfov
         OPPO şirkəti OPPO F smartfon seriyasının yeni orta büdcəli modelini təqdim edib. Söhbət, OPPO F27-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO F27 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə stereo səsgücləndiriciləri birləşdirir.
         OPPO F27 smartfonu MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO F27 ilk növbədə Hindistanda satışa çıxıb. Onun Hindistan bazarında 128 GB yaddaşa sahib versiyası 270$-a, 256 GB yaddaşa sahib versiyası isə 290$-a satılır. Ola bilsin smartfon müəyyən müddətdən sonra digər regionlarda da satışa çıxsın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli OPPO A3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-a3-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus 13 ilə OPPO Find X8 Ultra-nın ön paneldən necə görünəcəkləri sərgilənib
    oneplus-13-ile-oppo-find-x8-ultra-nin-on-panelden-nece-gorunecekleri-sergilenib
    OPPO Find X8 smartfonlarının ekran ölçüləri açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-ekran-olculeri-aciqlanib
    Orta büdcəli OPPO A80 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-a80-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Find X8 smartfonlarının hansı prosessorlarla çalışacaqları açıqlanıb
    oppo-find-x8-smartfonlarinin-hansi-prosessorlarla-calisacaqlari-aciqlanib