Logo
    main-post-cover

    Orta büdcəli OPPO K12 Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.10.2024
    Emil
         OPPO şirkəti Çində orta büdcəli OPPO K12 Plus smartfonunu təqdim edib. Sözügedən yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO K12 Plus smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         OPPO K12 Plus smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO K12 Plus yaxın günlərdə Çində satışa çıxacaq. 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiya 254$-a, 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiya 282$-a, 12 GB RAM-a və 512 GB yaddaşa sahib versiya isə 353$-a satılacaq. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş