main-post-cover

    Orta büdcəli OPPO Reno 11A smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.06.2024
    Emil Nəcəfov
         OPPO şirkəti özünün Reno smartfon seriyasını genişləndirməyə davam edir. Belə ki, şirkət bu smartfon seriyasının yeni modelini təqdim edib. OPPO Reno seriyasının yeni modeli OPPO Reno 11A adlanır. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO Reno 11A smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon yastı gövdəyə sahibdir və gövdənin özü IP65 standartı üzrə sudan qorunma özəlliyini əldə edib.
         OPPO Reno 11A özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda o, 64 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OPPO Reno 11A 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. OPPO Reno 11A-nın satışlarına 27 iyun tarixində start veriləcək və o hələ ki, Yaponiyada satılacaq. Onun Yaponiyadakı satış qiyməti isə 307$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli OPPO F27 Pro+ smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-f27-pro-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Reno 12 və Reno 12 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
    oppo-reno-12-ve-reno-12-pro-smartfonlarinin-qlobal-bazarda-teqdimatlari-anons-edilib
    OPPO Reno 12 Pro qlobal bazarda təqdimata hazırlaşır
    oppo-reno-12-pro-qlobal-bazarda-teqdimata-hazirlasir
    Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
    apple-dan-sonra-oppo-da-oz-telefonlarina-suni-intellekt-elave-edecek
    Hələ təqdim edilməmiş OPPO Find X8 Ultra-nın kameraları barəsində məlumatlar verilib
    hele-teqdim-edilmemis-oppo-find-x8-ultra-nin-kameralari-baresinde-melumatlar-verilib