
Orta büdcəli OPPO Reno14F 5G smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
25.06.2025
Emil
OPPO şirkəti OPPO Reno14F 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon orta ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO Reno14F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2372x1080 piksel keyfiyyətli 6.57 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1400 nit təşkil edir. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfon Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO Reno 14F 5G özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Reno14F 5G artıq Tayvanda satışa çıxıb və onun qiyməti 440$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
