main-post-cover

    Orta büdcəli Pixel 9a-nın render fotoları təqdim edilib

    Cihazlar+
    01.10.2024
    Emil Nəcəfov
         Google şirkəti avqust ayında Pixel 9 smartfon seriyasını təqdim etdi. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold modelləri daxil oldular. İndi isə şirkət Pixel 9a adlı büdcəli model üzərində çalışır. İnternetdə artıq Pixel 9a modelinin render fotoları ortaya çıxıb. Render fotolar OnLeaks ləqəbli məşhur insayder ilə Android Headlines tərəfindən təqdim edilib. Render fotolara əsasən Google şirkəti Pixel 9a-da ənənəvi kamera sahəsi dizaynından imtina edə bilər.
         Render fotolardan da göründüyü kimi Pixel 9a smartfonu iki ədəd arxa kamera ilə təchiz olunacaq və həmin kameralar gövdə ilə eyni səviyyədə oval formalı sahə daxilində yerləşəcəklər. Yəni kamera sahəsi gövdədən hündür yerləşməyəcək. Ümumi görünüş baxımından Pixel 9a modeli adi Pixel 9-a bənzəyir. Pixel 9a da yastı gövdə və ekran dizaynını əldə edəcək. Bununla yanaşı smartfonun ekran ətrafı çərçivələri Pixel 9-dakı kimi nazik olmayacaqlar. Gözləntilərə əsasən Pixel 9a smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq və qutudan Android 15-i əldə edəcək. Çox güman ki, Pixel 9a smartfonu gələn ilin may ayında baş tutacaq Google I/O 2025 konfransı çərçivəsində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Maps, artıq saxta rəyləri ifşalayacaq!
    google-maps-artiq-saxta-reyleri-ifsalayacaq
    Google Maps-in küçə və peyk şəkilləri daha keyfiyyətli hala gəlir!
    google-maps-in-kuce-ve-peyk-sekilleri-daha-keyfiyyetli-hala-gelir
    Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
    google-suni-intellektin-hansi-pesenin-sonunu-getire-bilmeyeceyini-aciqlayib
    Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
    sosial-platformalar-dusunulduyunden-daha-cox-istifadeci-melumati-yigirlar
    Google Pixel 10 smartfon seriyası barəsində ilk məlumatlar ortaya çıxıb
    google-pixel-10-smartfon-seriyasi-baresinde-ilk-melumatlar-ortaya-cixib