main-post-cover

    Orta büdcəli Sony Xperia 10 VI smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.05.2024
    Emil Nəcəfov
         Sony şirkəti Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 VI adlı orta büdcəli smartfonunu da təqdim edib. Bu smartfon bəzi texniki göstəricilər baxımından öz rəqiblərindən geri qalsa da, onun gövdəsində sudan qorunma dəstəyi reallaşdırılıb. Bu isə çox zaman flaqman smartfonlarda rast gəlinən bir özəllikdir. Beləliklə Xperia 10 VI smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekranla təchiz olunub.
         Ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun ekran ətrafı çərçivəsinin yuxarı və aşağı hissələri olduqca qalındırlar. Lakin bununla belə ekran üzərində heç bir çıxıntı yoxdur. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Sony bildirib ki, Xperia 10 VI-nin gövdəsi təkrar emal edilmiş plastik materialdan hazırlanıb.
         Sözügedən smartfon Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128 GB (1.5 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 48 MP + 8 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Xperia 10 VI 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Sony Xperia 10 VI gələn ayın ortasında satışa çıxacaq və onun qiyməti 400 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib
    sony-xperia-1-vi-flaqman-smartfonu-teqdim-edilib
    Yeni Sony Xperia smartfonlarının təqdimat tarixləri dəyişib
    yeni-sony-xperia-smartfonlarinin-teqdimat-tarixleri-deyisib
    Təqdimata hazırlaşan orta büdcəli Sony Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-orta-budceli-sony-xperia-10-vi-smartfonu-geekbench-testlerinden-kecib
    Sony Xperia 1 VI flaqman smartfonunun promo materialları təqdim olunub
    sony-xperia-1-vi-flaqman-smartfonunun-promo-materiallari-teqdim-olunub
    Yaxın zamanda təqdim olunacaq Sony Xperia 1 VI flaqman smartfonunun render fotoları təqdim edilib
    yaxin-zamanda-teqdim-olunacaq-sony-xperia-1-vi-flaqman-smartfonunun-render-fotolari-teqdim-edilib