
Orta büdcəli Sony Xperia 10 VI smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
03.05.2024
Farid
Sony şirkəti Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 VI adlı yeni orta büdcəli smartfonunu da təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder isə öz növbəsində bu yeni orta büdcəli smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolara əsasən Sony Xperia 10 VI bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və açıq mavi. Smartfon yastı gövdəyə və ekrana sahib olacaq. Onun arxa panelində isə iki ədəd kamera yerləşəcək. Məlumata əsasən Xperia 10 VI-in gövdəsi sudan qorunma özəlliyinə sahib olacaq və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək. Üstəlik smartfon kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahib olacaq. Sony Xperia 10 VI-in texniki göstəriciləri barəsində məlumat yoxdur. Smartfon 17 may tarixində Xperia 1 VI ilə birgə təqdim edilə bilər.




Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
