
Öz smartfonlarını fərdi şəkildə istehsal edən yeganə şirkət Samsung olaraq qaldı
Cihazlar+
02.06.2025
Emil
Sony uzun müddət smartfonları yalnız öz resursları ilə istehsal edirdi, lakin indi bu praktikadan imtina edərək istehsalı üçüncü tərəf şirkətlərə həvalə edib. Beləliklə, tam istehsal dövrünə malik yeganə qlobal smartfon brendi olaraq yalnız Cənubi Koreyanın Samsung şirkəti qalıb. Apple və Google kimi digər qlobal brendlər isə sadəcə smartfonların dizaynı və inkişafı ilə məşğul olur, istehsal isə tərəfdaşlara tapşırılır. Autsorsinq (xarici podrat) xərcləri azaltmaqla vəsaitə qənaət etməyə imkan verir. Məsələn, Apple və Google istehsal və logistika ilə bağlı xərcləri öz üzərlərinə götürmürlər.

Bu mexanizm həmçinin istehsalın tez bir zamanda genişləndirilməsini mümkün edir ki, bu da böyük həcmlərdə sifarişə ehtiyacı olan müştərilər üçün əlverişlidir. Qeyri-rəsmi məlumatlara görə, Sony artıq üçüncü tərəf istehsalçıların xidmətlərindən istifadə edən şirkətlər sırasına daxil olub. Daha əvvəl orta seqment modellərin istehsalını autsorsinqə verən şirkət, indi isə ümumiyyətlə istehsal prosesindən çəkilərək flaqman modellərin istehsalını da tərəfdaşlara həvalə edib.
Hazırda aktual olan Sony Xperia I VII modeli də bu üçüncü tərəf podratçılar tərəfindən istehsal olunur və bu dəyişiklik məhsulun keyfiyyətinə mənfi təsir etməyib. Bununla belə, bu dəyişikliyin Sony üçün ciddi nəticələr doğuracağı inandırıcı görünmür. Şirkət smartfonlarına yüksək qiymət qoyur, buna görə də bazar payı onsuz da böyük deyil. Lakin autsorsinq şəraitində Sony istehsal həcmini daha çevik şəkildə tənzimləyə biləcək. Hazırda Android smartfonlarını tamamilə özü istehsal edən yeganə böyük brend Cənubi Koreyanın Samsung şirkətidir. Çünki o bu sahəyə böyük investisiyalar yatırıb və bu praktikadan imtina etməsi onun üçün məntiqsiz olardı.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
