Logo
    main-post-cover

    Pixel 11 Pro ilk dəfə göstərildi

    Cihazlar+
    30.07.2026
    Sevinj
        Google avqustun 12-də rəsmi təqdim edəcəyi Pixel 11 seriyası öncəsi yeni Pixel 11 Pro modelini qısa video ilə nümayiş etdirib. Tizerdə əsas diqqəti çəkən detal isə smartfonun kamera blokunda yerləşən və müxtəlif rənglərdə işıqlanan dairəvi element olub. Videoda Pixel 11 Pro-nun üç kameralı arxa kamera sistemi göstərilir. Kameraların yanında isə rəngləri dəyişərək fırlanan dairəvi indikator görünür. Google hələlik bu elementin hansı funksiyanı yerinə yetirdiyini açıqlamayıb.
        Ehtimallardan biri onun telefonda müəyyən proseslərin, xüsusilə Gemini süni intellekt funksiyalarının işlədiyini göstərən vizual indikator olmasıdır. Digər iddialara görə isə Google, Nothing Phone-dakı Glyph interfeysinə bənzər şəkildə, müxtəlif bildirişləri rənglərlə göstərən yeni sistem hazırlaya bilər. Bununla belə, bunların heç biri Google tərəfindən təsdiqlənməyib. Pixel 11 seriyasının kameralarında hansı yeniliklərin olacağı hələ məlum deyil. Yeni modellərin qiymətinin isə süni intellekt sektorundan gələn yüksək tələbatın RAM, yaddaş və çip qiymətlərinə təsiri səbəbindən ötənilki Pixel modellərindən daha yüksək ola biləcəyi bildirilir.
    Paylaş