
Xiaomi-nin POCO brendi həftənin əvvəlində POCO F5 smartfon seriyasını təqdim etdi. Bu seriyaya POCO F5 və F5 Pro modelləri daxil oldular. Qeyd etmək lazımdır ki, POCO F5 modeli yalnız Çində satılan Redmi Note 12 Turbo-nun, F5 Pro isə Redmi K60-ın qlobal versiyası kimi çıxış edir. Təqdimat çərçivəsində POCO sözügedən yeni smartfonların texniki özəlliklərini açıqlasa da onların satış qiymətləri barəsində məlumat verməmişdi. İndi isə bu məlumat da rəsmi şəkildə təqdim edilib.
POCO F5 modeli iki versiyada təqdim olunur. Onlardan biri 8 GB RAM-a, digəri isə 12 GB RAM-a sahibdir. Hər iki versiyada daxili yaddaş həcmi 256 GB təşkil edir. Beləliklə 8 GB RAM-a sahib versiya 366$-a, 12 GB RAM-a sahib versiya isə 415$-a satılır. POCO F5 Pro-ya gəldikdə isə o da iki versiyada təqdim edilir. Onlardan biri 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, digəri isə 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahibdir. Smartfonun birinci versiyası 449$-a, ikinci versiyası isə 499$-a satılır. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar artıq satışa çıxıblar.