main-post-cover

    POCO X5 5G-nin texniki özəllikləri barəsində məlumat verilib

    Cihazlar+
    02.12.2022
    Farid Pardashunas
        Xiaomi-nin POCO brendi hal hazırda POCO X4 smartfon modelinin davamçısı üzərində çalışır. Söhbət, POCO X5 5G smartfonundan gedir. İndi isə insayderlərdən biri sözügedən smartfonun texniki özəllikləri barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən POCO X5 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 4 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 4/6/8 GB RAM ilə 64/128 GB daxili yaddaş həcminə sahib olacaq. Kameralar baxımından POCO X5 5G özündə 48 MP + 2 MP ikili arxa və 8 MP-lik ön kameranı birləşdirəcək. Smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. O, qutudan MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışacaq. POCO X5 5G smartfonu yaxın müddətdə təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər