
Professionallar üçün Lenovo ThinkVision P27QD-40 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.01.2025
Emil
Lenovo şirkəti professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Yeni monitor Lenovo ThinkVision P27QD-40 adlanır. Beləliklə bu yeni monitor 24 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Ekran istifadəçi gözləri üçün zərərli olan göy işığa az səviyyədə sahib olması ilə bağlı TÜV Rheinland Eye Comfort sertifikatını əldə edib. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-A, USB-B, USB-C və Ethernet girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 140 vatt çıxış gücünə sahibdir. Lenovo ThinkVision P27QD-40-ın bu ilin iyun ayında satışa çıxacağı gözlənilir. Onun qiyməti isə 560$ təşkil edəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Lenovo ThinkCentre M90a Pro Gen 6 monobloku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti yüksək performansa sahib ThinkCentre M90a Pro Gen 6 adlı yeni monoblokunu təqdim edib.

Cihazlar+
İki ədəd sensorlu ekrana sahib Lenovo Yoga Book 9i noutbuku təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti yeni qeyri-adi noutbukunu təqdim edib. Söhbət, Lenovo Yoga Book 9i-dan gedir. Bu noutbukun qeyri-adiliyi ondan ibarətdir ki, o, iki ədəd sensorlu ekrana sahibdir.

Cihazlar+
Lenovo Legion Go 2-nin prototipi təqdim edilib
Lenovo şirkəti Lenovo Legion Go S portativ oyun konsolu ilə yanaşı Lenovo Legion Go 2-nin prototipini də təqdim edib. Beləliklə şirkət 2023-cü ildə təqdim edilmiş birinci nəsil Lenovo Legion Go-nun davamçısı üzərində çalışdığını təsdiqləyib

Cihazlar+
Lenovo Legion Pro 34W-10 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Lenovo şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Lenovo Legion Pro 34W-10 adlanır.

Cihazlar+
Lenovo Legion Glasses 2 eynəyi təqdim edilib
Lenovo şirkəti 2023-cü ildə Lenovo Legion Glasses eynəyini təqdim etmişdi. İndi isə şirkət Lenovo Legion Glasses 2 eynəyini təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
