Logo
    main-post-cover

    Qatlana bilən Google Pixel Fold 2-nin prototipinin fotosu təqdim edilib

    Cihazlar+
    08.02.2024
    Emil
         Bir neçə saat əvvəl Android Authority saytı xəbər verdi ki, Google şirkəti qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır. İndi isə həmin sayt Pixel Fold 2-nin prototipinin real fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, Pixel Fold 2-nin prototipi yenilənmiş arxa kamera sahəsinə sahibdir. Kamera sahəsində minimum 3 ədəd kamera obyektivi yerləşir. Üstəlik smartfonun xarici ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı mövcuddur. Məlumatda qeyd edilib ki, sözügedən prototip Tensor G4 prosessoru vasitəsilə çalışır və özündə 16 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Pixel Fold 2-nin nəticə etibarilə fotodakı prototipin xarici görünüşünü əldə edib-etməyəcəyi bilinmir. Google öz yeni qatlana bilən smartfonunu bu il ərzində təqdim etməlidir.
    Paylaş