Logo
    main-post-cover

    Qatlana bilən OnePlus Open 2-nin ilk render fotoları təqdim edilib

    Cihazlar+
    27.12.2024
    Emil
          OnePlus şirkətinin gələn ilin birinci yarısında yeni qatlana bilən smartfonu OnePlus Open 2-ni təqdim edəcəyi gözlənilir. İndi isə Smartprix saytı sözügedən qatlana bilən smartfonun ilk render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib. Məlumatda qeyd edilib ki, təqdim edilmiş render fotolar OnePlus Open 2-nin final prototipinin əsasında hazırlanıb. Render fotolara əsasən ikinci nəsil OnePlus Open xarici görünüşcə birinci nəsil OnePlus Open-ə bənzəyəcək.
         Yeni smartfon birinci nəsil OnePlus Open kimi özündə dairəvi kamera sahəsini birləşdirəcək. Məlumata əsasən OnePlus Open-dən fərqli olaraq OnePlus Open 2-nin gövdəsi daha nazik olacaq. Gözləntilərə əsasən smartfonun gövdə qalınlığı 10 mm-dən aşağı təşkil edəcək. OnePlus Open 2-nin 8 düym ölçülü daxili ekrana, 6.4 düym ölçülü xarici ekrana, Snapdragon 8 Elite prosessoruna, 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya və 5900 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər