Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic Flip nə zaman təqdim olunacaq?

    Cihazlar+
    08.12.2023
    Emil
         Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Honor şirkəti Flip form-faktorlu qatlana bilən smartfon üzərində çalışır. Smartfonun Honor Magic Flip adını əldə edəcəyi gözlənilir. İndi isə insayderlər Honor şirkətinin Flip form-faktorlu qatlana bilən smartfonunu nə zaman təqdim edəcəyini açıqlayıblar. İnsayderlərin sözlərinə əsasən Honor Magic Flip 2024-cü ilin birinci rübündə təqdim olunacaq. Daha dəqiq desək, təqdimat fevral ayı üçün gözlənilir. Daha öncəki məlumat sızıntılarına əsasən Honor Magic Flip iki ədəd ekranla və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon ya MediaTek ya da Qualcomm prosessoru vasitəsilə çalışacaq.
    Paylaş