Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Honor Magic Flip yay fəslinin əvvəlində təqdim oluna bilər

    Cihazlar+
    23.04.2024
    Farid
         Biz artıq dəfələrlə xəbər vermişik ki, Honor şirkəti Honor Magic Flip (şərti ad) adlı ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun təqdimatı barəsində hələ rəsmi bir məlumat yoxdur. Lakin çinli insayderlər Honor Magic Flip-in nə zaman təqdim oluna biləcəyi barəsində məlumat veriblər.
         Beləliklə insayderlərin sözlərinə əsasən Honor Magic Flip smartfonu Honor 200 smartfon seriyasından sonra təqdim olunacaq. Honor 200 smartfon seriyasının isə yay fəslində təqdim olunacağı gözlənilir. Çox güman ki, bu, iyun ayında baş tutacaq. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Magic Flip bu ilin ikinci rübünün sonunda təqdim olunacaq. Buna görə də Honor 200 smartfon seriyası ilə qatlana bilən qapaqlı Honor Magic Flip smartfonunun iyun ayında təqdim olunması ehtimalı yüksəkdir.
    Paylaş