Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı OPPO Find N3 Flip-in qlobal versiyası Geekbench testlərindən keçib

    Cihazlar+
    02.10.2023
    Emil
        OPPO şirkəti avqust ayında Çində qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasının təqdimatına hazırlaşır. Məlum olub ki, OPPO Find N3 Flip-in qlobal versiyası Geekbench testlərindən keçib. Beləliklə Geekbench testləri sayəsində məlum olub ki, OPPO Find N3 Flip-in qlobal versiyası Çində satılan versiya kimi MediaTek Dimensity 9200 prosessoru vasitəsilə çalışacaq. Smartfonun texniki tərəfi barəsində digər bir məlumat yoxdur. Lakin çox güman etmək olar ki, qlobal versiya Çində satılan versiyadan heç də fərqlənməyəcək. Qeyd etmək lazımdır ki, OPPO Find N3 Flip-in qlobal versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 1895 xal, çox nüvəli testi çərçivəsində isə 4655 xal toplayıb.
    Paylaş
    Bənzər xəbərlər