Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5-in təqdimatları anons edilib (VİDEO)

    Cihazlar+
    06.07.2023
    Emil
        Uzun aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti növbəti Galaxy Unpacked təqdimat tədbirini anons edib. Beləliklə şirkətin verdiyi məlumata əsasən növbəti Galaxy Unpacked təqdimat tədbiri 26 iyul tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, daha öncə insayderlər də tədbirin məhz iyul ayının sonunda baş tutacağını qeyd edirdilər. Samsung bildirib ki, növbəti Galaxy Unpacked ilk dəfə olaraq Cənubi Koreyada keçiriləcək. Təqdimatda əsas diqqət şirkətin yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-ə ayrılacaq. bununla yanaşı tədbirdə həmçinin Galaxy Tab S9 planşet seriyası, Galaxy Watch 6 smart saat seriyası və Galaxy Buds 3 naqilsiz qulaqlığı təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər