Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3 qlobal bazarda satışa çıxmaya bilər

    Cihazlar+
    06.07.2023
    Emil
        Dünən Xiaomi-nin CEO-su Lu Weibing şirkətin yeni qatlana bilən smartfonu olacaq Mix Fold 3-ün nə zaman təqdim olunacağı barəsində məlumat verdi. Onun sözlərinə əsasən Mix Fold 3 gələn ay təqdim olunacaq. Xiaomi CEO-nun bu xəbərinə Ice Universe ləqəbli məşhur insayder reaksiya verib. Belə ki, o, Mix Fold 3 ilə bağlı vacib bir məlumatı təqdim edib və bu məlumat bəziləri üçün heç də ürəkaçan olmaya bilər. İlk növbədə insayder bildirib ki, Mix Fold 3 özündə aparıcı texnologiyaları birləşdirməklə bazardakı digər qatlana bilən smartfonlarla lazımi səviyyədə rəqabət apara biləcək. Lakin insayderin sözlərinə əsasən pis xəbər ondan ibarətdir ki, Mix Fold 3 eksklüziv olaraq yalnız Çin bazarı üçün satışa çıxa bilər. Məlumata əsasən Xiaomi bu cür ehtimalı nəzərdən keçirdir. Qeyd etmək lazımdır ki, keçən ilin avqust ayında təqdim edilmiş Mix Fold 2 də eksklüziv olaraq yalnız Çin bazarı üçün satışa çıxmışdı.
    Paylaş
    Bənzər xəbərlər