main-post-cover

    Qlobal bazarda Huawei MateBook 14 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.05.2024
    Brilyant Rasulova
         Huawei şirkəti qlobal bazarda Watch Fit 3 smart saatı və MatePad 11.5”S planşeti ilə yanaşı üstəlik MateBook 14 (2024) noutbukunu da təqdim edib. Beləliklə sözügedən yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14.2 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir və o, sRGB, DCI-P3Adobe RGB rəng diapazonlarının 100%-ni dəstəkləyir. Bununla yanaşı ekran 10 bit-lik rəngləri dəstəkləyir.
         Noutbukun qalınlığı 14.5 mm, çəkisi isə 1.31 kq təşkil edir. Huawei MateBook 14 (2024) iki versiyada təqdim edilib. Birinci versiya Intel Core i5-1250U prosessoru, ikinci versiya isə Intel Core i7-1550U prosessoru vasitəsilə çalışır. Hər iki versiya özündə 16 GB RAM ilə 512 GB/1 TB SSD-ni birləşdirir. Noutbukun batareya həcmi isə 70 vatt saat təşkil edir. Huawei MateBook 14 (2024) özündə USB-C, USB 3.2 Gen 1HDMI girişlərini birləşdirir. Huawei MateBook 14 (2024) yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 1099 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Huawei MatePad 11.5”S planşeti təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-matepad-115s-planseti-teqdim-edilib-qiymeti
    Qlobal bazarda Huawei Watch Fit 3 smart saatı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-huawei-watch-fit-3-smart-saati-teqdim-edilib-qiymeti
    ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
    abs-hokumeti-huawei-ye-prosessor-satisini-intel-ile-qualcomm-a-tamamile-qadagan-edib
    Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışı elan edilib
    huawei-pura-70-smartfon-seriyasinin-qlobal-bazarda-satisi-elan-edilib
    Təqdimata hazırlaşan Huawei Watch Fit 3 smart saatının əsas özəllikləri açıqlanıb
    teqdimata-hazirlasan-huawei-watch-fit-3-smart-saatinin-esas-ozellikleri-aciqlanib