main-post-cover

    Qlobal bazarda Lenovo Legion Tab gaming planşetinin satış qiyməti açıqlanıb

    Cihazlar+
    13.03.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti keçən həftə qlobal bazarda Legion Tab adlı gaming planşeti təqdim etdi. Qeyd etmək lazımdır ki, bu planşet Çin bazarında hələ keçən ilin yay fəslində Legion Y700 (2023) adı altında təqdim edilmiş və satışa çıxmışdı. Lakin keçən həftə qlobal bazarda planşeti Legion Tab adı altında təqdim edən zaman Lenovo şirkəti onun hansı qiymətə satılacağı barəsində məlumat vermədi. İndi isə şirkət bu məlumatı da təqdim edib. Şirkət bildirib ki, Legion Tab planşeti artıq bu ay ərzində satışa çıxacaq və yalnız bir versiyada satılacaq. Söhbət, 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Rəsmi məlumata əsasən planşet 600 avro satış qiymətinə sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo keçən ilki gaming planşetini qlobal bazarda təqdim edib
    lenovo-kecen-ilki-gaming-plansetini-qlobal-bazarda-teqdim-edib
    Snapdragon X Elite prosessoruna sahib yeni Lenovo noutbuku Geekbench testlərindən keçib
    snapdragon-x-elite-prosessoruna-sahib-yeni-lenovo-noutbuku-geekbench-testlerinden-kecib
    Lenovo Tab P12 planşetinin yenilənmiş versiyasını hazırlayır
    lenovo-tab-p12-plansetinin-yenilenmis-versiyasini-hazirlayir
    Lenovo MWC 2024-də şəffaf ekranlı qeyri-adi noutbukunu sərgiləyib
    lenovo-mwc-2024-de-seffaf-ekranli-qeyri-adi-noutbukunu-sergileyib
    Lenovo Legion Y9000X 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-y9000x-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti