main-post-cover

    Qlobal bazarda Lenovo Yoga Pro 7 noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti qlobal bazarda Yoga noutbuk seriyasının yeni modelini təqdim edib. Yeni noutbuk Lenovo Yoga Pro 7 adlanır. Beləliklə bu yeni noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14.5 düym ölçülü PureSight Pro OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, Adobe RGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD Ryzen AI 9 365 prosessoru vasitəsilə çalışır və LPDDR5X-6400 standartlı 32 GB-a kimi RAM yaddaşını və 1 TB-lıq SSD-ni əldə edib.
         Onun batareya həcmi 73 vatt-saat təşkil edir. Lenovo Yoga Pro 7-nin gövdə qalınlığı 15.6 mm, çəkisi isə 1.54 kq-dır. Bununla yanaşı noutbuk Wi-Fi 6EBluetooth 5.3 dəstəyinə sahibdir. Lenovo Yoga Pro 7 özündə USB-C, USB 4, USB-A 3.2 Gen 1, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Noutbuk artıq bu Avropada satışa çıxacaq və onun qiyməti 1700 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo IFA 2024 sərgisində yeni konseptual noutbukunu sərgiləyib
    lenovo-ifa-2024-sergisinde-yeni-konseptual-noutbukunu-sergileyib
    Lenovo-nun yeni gaming planşeti Geekbench testlərindən keçib
    lenovo-nun-yeni-gaming-planseti-geekbench-testlerinden-kecib
    Lenovo Legion R32qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r32qc-30-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Lenovo yeni flaqman planşetini təqdim etməyə hazırlaşır
    lenovo-yeni-flaqman-plansetini-teqdim-etmeye-hazirlasir
    Lenovo Legion R27qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r27qc-30-gaming-monitoru-teqdim-edilib-qiymeti