Logo
    main-post-cover

    Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    08.07.2025
    Emil
         OnePlus şirkəti orta büdcəli Nord CE5-dən əlavə olaraq Nord 5 adlı subflaqman smartfonunu da təqdim edib. OnePlus Nord 5 xarici görünüşcə demək olar Nord CE5 modelinə bənzəyir və böyük ölçülü ekranı, Snapdragon prosessorunu, orta həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Nord 5 smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1240 piksel keyfiyyətli 6.83 düym ölçülü Swift AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Nord 5 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hindistan bazarında smartfonun 6800 mAh enerji tutumlu batareya ilə təchiz olunmuş versiyası satılacaq. OnePlus Nord 5 artıq Avropada satışa çıxıb və onun qiyməti 449 avrodan start götürür.
    Paylaş