main-post-cover

    Qlobal bazarda OPPO A60 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.04.2024
    Farid Pardashunas
         OPPO şirkəti qlobal bazarda yeni smartfonunu təqdim edib. Söhbət, OPPO A60-dan gedir. Bu smartfon böyük ölçülü ekrana və böyük həcmli batareyaya sahibdir. Beləliklə OPPO A60 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 950 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Onun gövdəsi isə IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Bununla yanaşı smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. OPPO A60 Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. OPPO A60 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq satışa çıxıb. Onun 128 GB yaddaşa sahib versiyası 216$-a, 256 GB yaddaşa sahib versiyası isə 256$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Pad 3 planşeti flaqman texniki imkanlara sahib olacaq
    oppo-pad-3-planseti-flaqman-texniki-imkanlara-sahib-olacaq
    OPPO Reno 12 və Reno 12 Pro-nun bəzi texniki təfərrüatları açıqlanıb
    oppo-reno-12-ve-reno-12-pro-nun-bezi-texniki-teferruatlari-aciqlanib
    OPPO K12-nin render fotosu təqdim edilib
    oppo-k12-nin-render-fotosu-teqdim-edilib
    OPPO K12 smartfonu Geekbench testlərindən keçib
    oppo-k12-smartfonu-geekbench-testlerinden-kecib
    Orta büdcəli OPPO A3 Pro smartfonu təqdim olunub - QİYMƏTİ
    orta-budceli-oppo-a3-pro-smartfonu-teqdim-olunub-qiymeti