Logo
    main-post-cover

    RAM böhranı Pixel 11-in qiymətinə təsir edir

    Cihazlar+
    27.07.2026
    Sevinj
        Google-un Cihazlar və Xidmətlər üzrə vitse-prezidenti Şakil Barkat şirkətin növbəti flaqman smartfonu olan Pixel 11 seriyasının qiymətində artım olacağını demək olar ki, təsdiqləyib. Barkat 9to5Google nəşrinə müsahibəsində bildirib ki, Google uzun müddət komponent bazarındakı qiymət dəyişikliklərini istifadəçilərə hiss etdirməməyə çalışıb. Lakin onun sözlərinə görə, xüsusilə süni intellekt məlumat mərkəzlərinə tələbatın artması nəticəsində yaddaş (RAM) komponentlərinin qiymətləri kəskin yüksəlib və şirkət artıq bu artımı öz üzərində saxlaya bilmir.
    Screenshot 2026-07-15 at 11.36.30 AM
        Google rəsmisi qeyd edib ki, şirkət Pixel modellərində qiymət düzəlişləri edəcək və bu dəyişikliklər bazardakı tədarük vəziyyətinə uyğun şəkildə tətbiq olunacaq. Sızan məlumatlara görə, Pixel 11-in başlanğıc modeli 899 dollar qiymət etiketi ilə satışa çıxarıla bilər. Bunun əvəzində cihazın baza yaddaşı 128 GB əvəzinə 256 GB olacaq. Digər tərəfdən, Pixel 11 Pro modelində isə operativ yaddaşın 16 GB-dan 12 GB-a endirilə biləcəyi iddia olunur.
    Paylaş