Razer Blade 18 (2024) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.04.2024
Farid
Razer şirkəti özünün yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku Razer Blade 18 (2024) adlanır. Bu noutbuk özündə ən aparıcı texniki imkanları birləşdirir. Beləliklə Razer Blade 18 (2024) noutbuku 300 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 18 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Şirkət həmçinin bu noutbukun 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli ekranı özündə birləşdirən ikinci versiyasını və 200 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2400 piksel keyfiyyətli ekranı özündə birləşdirən üçüncü versiyasını da təklif edir.
Razer Blade 18 (2024) Intel Core i9-14900HX prosessoru vasitəsilə çalışır və premium versiya çərçivəsində özündə NVIDIA GeForce RTX 4090 videokartını birləşdirir. Noutbukun həmçinin RTX 4060, RTX 4070 və RTX 4080 videokartlarına sahib versiyaları da mövcuddur. Noutbuk üstəlik 64 GB-a kimi DDR5-5600 standartlı RAM yaddaşına və 1 TB-dan 4 TB-a kimi SSD-yə sahibdir. Razer Blade 18 (2024) Thunderbolt 4.0 (USB 3.2 Gen 2) Type-C (100 vatt gücündə şarj dəstəkli), USB 3.2 Gen 2 Type-A, USB-C 3.2 Gen 2 Type-C və HDMI 2.1 girişlərini əldə edib. Noutbuk üstəlik Bluetooth 5.4 və Wi-Fi 7 texnologiyalarını dəstəkləyir. Onun batareya həcmi 91.4 vatt saat, şarj adapterinin gücü isə 330 vatt təşkil edir. Razer Blade 18 (2024) artıq satışa çıxıb və onun qiyməti 3100$-dan start götürür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar