main-post-cover

    Redmi brendi Redmi K80 smartfon seriyası üzərində çalışmağa başlayıb

    Cihazlar+
    06.03.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi keçən ilin sonunda Redmi K70 smartfon seriyasını təqdim etmişdi. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Redmi brendi artıq Redmi K80 smartfon seriyası üzərində çalışmağa start verib. Bu yeni smartfon seriyasına minimum iki model daxil olacaq. Redmi K80 və Redmi K80 Pro. Sözügedən smartfonların texniki imkanları barəsində məlumat verilməyib. Lakin güman etmək olar ki, onlar ya Snapdragon 8 Gen 3 ya da hələ təqdim olunmamış Snapdragon 8 Gen 4 vasitəsilə çalışacaqlar. Adi Redmi K80 modelinin MediaTek prosessorunu əldə edəcəyi də istisna deyil. Redmi K80 smartfon seriyasını yaxın zamanda gözləmək lazım deyil. Çox güman ki, sözügedən smartfon seriyası bu ilin sonunda təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 13R Pro-nun qlobal versiyası POCO X6 Neo-nun real fotosu ortaya çıxıb
    redmi-note-13r-pro-nun-qlobal-versiyasi-poco-x6-neo-nun-real-fotosu-ortaya-cixib
    Xiaomi 15 Pro ən nazik ekran ətrafı çərçivəni əldə edəcək smartfon olacaq
    xiaomi-15-pro-en-nazik-ekran-etrafi-cerciveni-elde-edecek-smartfon-olacaq
    Redmi Note 13 Turbo-nun bəzi təfərrüatları məlum olub
    redmi-note-13-turbo-nun-bezi-teferruatlari-melum-olub
    Xiaomi SU7 elektromobilinin yeni gövdə rənglərində fotoları sızdırılıb
    xiaomi-su7-elektromobilinin-yeni-govde-renglerinde-fotolari-sizdirilib
    Redmi G Pro 2024 gaming noutbuku barəsində növbəti rəsmi məlumatlar təqdim edilib
    redmi-g-pro-2024-gaming-noutbuku-baresinde-novbeti-resmi-melumatlar-teqdim-edilib