main-post-cover

    Redmi K40 smartfon seriyası təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.02.2021
    Farid Pardashunas
        Xiaomi-nin Redmi brendi özünün yeni Redmi K40 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş seriyaya 3 smartfon modeli daxil olub: Redmi K40, K40 Pro K40 Pro+. Təqdim olunmuş hər 3 smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Onlar öz aralarında sadəcə kamera və prosessor ilə fərqlənirlər. Beləliklə adi Redmi K40 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym E4 AMOLED ekrana sahibdir. Ekran həmçinin HDR10+ texnologiyasını dəstəkləyir.
        Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfon Dolby Atmos texnologiyasının dəstəyinə sahib stereo səsgücləndiriciləri də özündə birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi K40 smartfonu  Snapdragon 870 prosessoru, Adreno 650 qrafik çipi, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik (f/2.0 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Redmi K40 MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 310$-a, 8 GB RAM və 12 GB yaddaşa sahib versiya 341$-a, 8 GB RAM və 256 GB yaddaşa sahib versiya 387$-a, 12 GB RAM və 256 GB yaddaşa sahib versiya isə 418$-a satılacaq. Beləliklə əvvəldə də qeyd edildiyi kimi Redmi K40 Pro və K40 Pro+ adi modeldən kameralar və prosessor ilə fəqlənirlər. Belə ki, Pro modellər Snapdragon 888 prosessoru ilə təchiz olunublar. Kameralara gəldikdə isə K40 Pro-nun əsas kamerası 64 MP, K40 Pro+ modelinin əsas kamerası isə 108 MP-dir. Pro modellərin satış qiymətləri aşağıdakı kimidir:
    - 6 GB RAM və 128 GB daxili yaddaşa sahib K40 Pro - 434$
    - 8 GB RAM və 128 GB daxili yaddaşa sahib K40 Pro - 465$
    - 8 GB RAM və 256 GB daxili yaddaşa sahib K40 Pro - 511$
    - 12 GB RAM və 256 GB daxili yaddaşa sahib K40 Pro+ - 573$.
    Bütün bu modellərin satış komplektlərində şarj cihazı və qoruyucu keys olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər